Bəs Juninyonun yerinə başqa futbolçu olsaydı, hansı seçimi edərdi?
Sualı “Qarabağ”ın sabiq kapitanı, akademiyada məşqçi kimi çalışan Maksim Medvedevə ünvanladıq. Onun transfer barədə “Football-plus.az”a söylədikləri belə oldu:
“Qarabağ”a gələn futbolçular dərk edir ki, artıq bu tramplindi. Avropa komandaları, böyük klublar ilə oyanyırlar. Junimyo da özünü çox yaxşı göstərdi, qollar vurdu, Avropada səs-küy saldı. Bu üzdən ona belə marağın olması normaldı. Sonucda gördük ki, artıq “Sevilya” kimi komandalar da “Qarabağ”dan oyunçu istəyir. Bu da normaldı. Çünki onu çox izləyiblər, istətəklərini də başa düşürük. Çox yaxşı, potensiallı futbolçudu. Həm də xeyir verə bilir. Bildiyimə görə, “Sevilya”ya keçidi yolunda hər şey qaydasında idi. Son anda “Flamenqo” təklif göndərib - həm kluba, həm də Juninyoya. Buna görə futbolçu ölkəsinə yollanıb. “Sevilya” Avropa klubudu. Hər şey futbolçudan asılı idi. Juninyo da hər şeyi ölçüb-biçib, qərar verib ki, ölkəsinə qayıtsın.Futbolçular həmişə maddi tərəfə çox fikir verirlər. Həm də Juninyo 20 yaşında deyil ki, deyək parlaq karyerası irəlidədi. Elə yaşdadı ki, daha çox pula baxır. Mən onu dəstəkləyirəm. Çünki futbolçu ömrü azdı, maksimum nə qazana bilirsə, qazanmalıdı. Təbii ki, Avropa futboluna baxdığımız üçün “Sevilya”nı daha yaxşı tanıyırıq. İctimaiyyət arasında “Qarabağ” “Sevilya”ya oyunçu verib” fikri daha gurultulu səslənərdi. Bildiyimə görə, “Sevilya” ilə hər şey razılığa yaxın idi, sonra maliyyə önəmli oldu. Sənə istədiyindən ikiqat artıq pul ödəyirlər, təbii ki, onu seçəcəksən. “Flamenqo” kimi komanda ortaya çıxmasaydı, Juninyo yüzdəyüz “Sevilya”ya keçəcəkdi. Amma yenə də görürük ki, maddiyyat çox önəmlidi. Elə futbolçular var ki, pula görə futbol oynayır, harda çox verirlər, ora da gedir. Özüm olsam, yenə də yaşa baxardım. 20-22 yaşım olsaydı, bəli, “Sevilya” kimi perspekivli kluba keçərdim. Amma onun elə yaşıdı ki, sonuncu belə böyük müqaviləyə imza atdığını anlayır. Ona görə də seçimi “Flamenqo” olub. Hər bir halda Juninyoya uğurlar arzulayıram”.
RÖYANƏ OĞUZ