AZ

“Tanzaniyalı futbolçular heç bəyənib Azərbaycan klublarına gəlmədilər”

style='margin-bottom:10px;'>

Sabah Misli Premyer Liqasında qış fasiləsi başa çatır. 3-cü dövrənin və ilin ilk oyununda “Şamaxı” “Qarabağ”ın qonağı olacaq.

Oyunqabağı “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasovdan komandasının durumunu öyrəndik. O, QOL.az-ın müxbiri ilə söhbərində qeyd edib ki, mövsümün ikinci yarısına hazır olmaq üçün bir az vaxta ehtiyac var: 

“İstirahətdən gələndə həmişə komandalara çətin olur. Bu dəfə isə fasilə az idi. İnanıram ki, o qədər çətin olmayacaq. Komandamızda dəyişikliklər çox oldu. 7-8 futbolçu getdi, 7 futbolçu gəlib. Onların komandaya uyğunlaşması bir qədər vaxt aparacaq. Çünki bəzi oyunçular komandaya uyğunlaşmalıdırlar. İki həftədən sonra yəqin ki, formaya düşəcəklər”. 

A.Abbasov “Qarabağ”la sabahkı görüş barədə də danışıb: “Ən tez biz başlayırıq. 2-ci dövrədə ən son matçı da biz oynamışdıq. Digər klublar bizdən 3-4 gün artıq dincəlir. Bu, az müddət deyil. “Qarabağ” haqqında nəsə deməyə ehtiyac yoxdur. Amma oynamalıyıq. Şamaxıdakı qarşılaşmada (0:1) futbolçularım göstərdi ki, “Qarabağ”a qarşı mübarizə aparmaq olar. Fasilədən sonra ilk görüşümüzdür. “Qarabağ” və digər komandalarla oyunda hər bir xala görə sona qədər mübarizə aparacağıq”.

“Şamaxı” bu qış bütün klublarımızdan çox - 7 transfer edib ki, onlardan 3-cü yerli, 4-cü əcnəbi futbolçudur. Qışda edilən bu transferlərin keyfiyyəti necədir? Baş məşqçi bu sualı da cavablandırıb: “Biz məcbur idik ki, çox oyunçu gətirək. Çünki müəyyən səbəblərə görə bu qədər futbolçu ilə yolları ayıracağımızı gözləmirdik. Planlaşdırmırdıq ki, bu qədər futbolçu alacağıq. Demək olar ki, boş mövqeləri doldururuq.

Bəli, real desək, qışda lap yaxşı futbolçular gətirmək çox çətindir. Bundan başqa, biz bəyəndiyimiz futbolçuları çox gözlədik. Bəzilərinin müqaviləsi olduğuna görə alınmadı, bəziləri bizi yox, digər ölkələri seçdilər. Transfer etdiyimiz futbolçularda nəsə görmüşük. İnanırıq ki, gücümüzə güc qatacaqlar. Amma bəzən olur ki, izlədiyimiz zaman göstərdiyi oyunu, çıxış etdiyi çempionatdakı performansını bizim liqada edə bilmirlər. İndi seçdiklərimizin çoxu cavandır. Fikirləşmirik ki, onlar hamısı “Şamaxı”ya bu mövsüm kömək edəcəklər”. 

“Şamaxı” bu gün tanzaniyalı yarımmüdafiəçi Alfons Mabulanın da transferini açıqlayıb. Tanzaniya FİFA reytinqində Azərbaycandan öndə olsa da, bu ölkədən oyunçu gətirilməsi birmənalı qarşılanmır. A.Abbasov bu məsələ ilə bağlı də fikirlərini bildirib. O, bəzi tanzaniyalı oyunçuların Azərbaycan klublarını bəyənmədiyini deyib:

“Futbolçuya ölkəsinə görə qiymət vermək düzgün deyil. Ötən yay mən “Turan Tovuz”u çalışdıran zaman Türkiyədə təlim-məşq toplanışında idik. Biz və digər Azərbaycan klubları Tanzaniya təmsilçiləri ilə yoxlama oyunu keçirdik. Biz də daxl olmaqla klublarımız o komandalardan 2-3 oyunçunu bəyənmişdi. İnanın ki, heç onlar bəyənib bura gəlmədilər. Onların çempionluğa oynayan klublarında hansısa oyunçunu bu gün Azərbaycan komandasına gətirmək çətindir. Biz bu gün deyirik ki, yaxşı legionerlər gətirək. Amma hər klubun bir transferlər üçün ayerıca büdcəsi var. Bir çox legioner daha çox Avropa ölkələrini seçir. Alfons Mabulada perspektiv var. İnanıram ki, faydalı olacaq”. 

Ramiq Ağaməmmədov

Seçilən
0
1
teleqraf.com

2Mənbələr