AZ

İndoneziyada İbu vulkanı yenidən aktivləşib

İndoneziyanın Şimali Maluku əyalətindəki Halmahera adasında yerləşən İbu vulkanında vulkanik aktivlik davam edir.

"Cebheinfo.az" xəbər verir ki, İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) tərəfindən edilən açıqlamada, vulkanın dünən püskürməsindən sonra 3 min insanın təxliyəsinə başlanıldığı elan edilib.

Bildirilib ki, partlayışdan sonra vulkandan sıx kül püskürüb və tüstü 4 kilometr hündürlüyə çatıb.

Vulkanın yaxınlığında yaşayan insanlara və turistlərə 5-6 kilometrlik qadağa zonasından uzaq durmaq, kül yağacağı halda maska taxmaq tövsiyə olunub.

Digər tərəfdən, dünənki partlayışdan sonra ətraf ərazilərdə həyəcan səviyyəsi ən yüksək səviyyəyə qaldırılıb.

Məlumata görə, 2022-ci ildən etibarən Halmahera adasında təxminən 700 min insan yaşayır.

Seçilən
29
cebheinfo.az

1Mənbələr