Şahzadə Harri və Meqan Markl, Mark Zukerberqi faktların yoxlanılması siyasətinə etdiyi dəyişiklikləri ləğv etməyə çağıraraq, onlayn dezinformasiya müzakirəsinə qatılıb.
Hafta.az-ın yazdığına görə, ötən həftə etdiyi dəyişikliklərlə texnologiya şefi Facebook və İnstagram kimi saytlarda uzun müddətdir mövcud olan fakt yoxlama tətbiqini silib və İlon Maskın sosial media platforması X kimi icma qeydləri sistemini dəstəkləyib.
ABŞ-ın seçilmiş prezidenti Donald Trampın rəğbətini qazanmaq üçün atıldığı düşünülən bu addım indi LGBTQ+ insanlarını “ruhi xəstə” kimi qələmə verməyə imkan verir.
Şahzadə Harri və Meqan Markl məsələ ilə bağlı rəsmi bəyanat yayaraq, bu vəziyyətin "hər kəsi dərindən narahat etməsi lazım olduğunu" söyləyib. Cütlük rəsmi internet səhifəsində paylaşdıqları açıqlamada "Baxışlarınızın solda, sağda və ya ortada olmasının fərqi yoxdur. Meta-nın siyasətlərindəki dəyişikliklərlə bağlı son xəbərlər birbaşa ifadə azadlığına xələl gətirir" deyib.
Meta-nın son qərarları onun “insan əlaqəsi qurmaq” missiyasına birbaşa ziddir və platformalardan hamının hesabına nifrət, yalan və bölgü yaymaq üçün istifadə edənlərə üstünlük verir.
Cütlük "müxtəliflik və bərabərliyə sadiqliyimizi tərk etmək planlarından narahat olduqlarını" söyləyib və Meta-nın Nifrət Məzmun Siyasətlərinə etdiyi dəyişikliklərin "sui-istifadə və nifrət nitqinin bütün icmaların səsini susduracağı və riskə atacağı bir mühiti inkişaf etdirəcəyi" barədə xəbərdar edib.
Dəyişikliklər şirkətin milyardlarla istifadəçisi olan iki ən böyük sosial media platforması olan Facebook və İnstagrama, eləcə də onun yeni platforması olan Threads-a təsir edəcək.
“Biz öz köklərimizə qayıdacağıq və diqqətimizi səhvlərin azaldılmasına, siyasətlərimizin sadələşdirilməsinə və platformalarımızda ifadə azadlığının bərpasına yönəldəcəyik” deyib CEO Mark Zuckerberg videoda.