AZ

15 ilin bələdiyyə sədri – Novruz həkim yenə Beyləqanda seçkiyə qatılıb...

Beyləqanlılar 15 ildir Beyləqan bələdiyyəsinin sədri Novruz Quliyevdən doyub yorulsalarda, peşəcə həkim olan Novruz Quliyev 15 illik bələdiyyə sədriliyindən doymayıb...

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinin namizədləri artıq təsdiqlənib və artıq təşviqat kampaniyasına da start verilib.

Poliqon xəbər verir ki, “Beyləqan xəbərləri” adlı feysbuk səhifəsində Beyləqan bələdiyyə seçkiləri ilə bağlı maraqlı məlumat dərc edib. Məlumatda qeyd olunur ki, hakim YAP tərəfindən irəli sürülən namizədlərin əksəriyyəti Beyləqan camaatını qame etmir. Çünki onlra bundan əvvəlki dönəmlərdə də Bələdiyyəni idarə ediblər. Xüsusilə 15 ildir ki, Beyləqanda bələdiyyəyə rəhbərlik edən Novruz Quliyevin yenidən hakim partiyanın namizədi olaraq seçkilərə qatılması beyləqanlıları narazı salıb. “Beyləqan xəbərləri”nin yazdığıdan belə çıxır ki, Novruz həkimin 15 illik bələdiyyə sədriliyi özündən başqa heç kimə yaramayıb. Novruz Quliyev 15 illi bələdiyyə sədrliyi dönəmində sadəcə rayon miqyaslı oliqarxa çevrilib. Bundan başqa Novruz həkim beyləqanlılalrın diqqətini heç bir şeylə cəlb eləməyib.

“15 ildir Beyləqan şəhər Bələdiyyə sədri işləyən Novruz Quliyevdən şəhər əhalisinin əksəriyyəti narazıdır. Çünki Novruz Quliyevin Bələdiyyə sədri kimi əsas işi Beyləqan şəhərində orda-burda qalan torpaq sahələrini satmaqdan ibarət olub. Beyləqan şəhər Bələdiyyəsinin 800 hektara yaxın torpaq ərazisi var və torpaqların təxminən 200 hektarı yararsız ərazi olsada, yerdə qalan 600 hektar torpaq sahəsini Novruz Quliyev müxtəlif şəxslərə satıb. 600 hektar Bələdiyyə torpağından üst-üstə 70 hektarı Şəhid və qazi ailələrinə verilib”, deyə “Beyləqan xəbərləri” yazır.

Yazının müəllifi qeyd edir ki, Novruz Quliyev Beyləqanda oliqarx bələdiyyə sədri kimi də tanınır.

“Novruz Quliyev vaxtı ilə Beyləqanın icra başçısı olmuş qaynatası Xasay Əhmədovun dəstəyi ilə “Kolxoz bazarı”nın ətrafında özünə çoxsaylı obyekt və ərazilər alıb. Həyat yoldaşının və övladlarının adına olan obyektlərdən ay ərzində Novruz Quliyev 5 min manata yaxın icarə haqqı yığır.
Görünən odur ki, Novruz Quliyevin gözü doymur. Doysaydı icarə pullarını yığıb xərcləyərdi. Ancaq Novruz Quliyev yenidən YAP-ın namizədi olmaqla təkrar Beyləqan bələdiyyə sədri olmaq istəyir və 600 hektardan çox yararlı torpaqları yenidən satmaq istəyir...”, deyə “Beyləqan xəbərləri” vurğulayır.

Yazıda səsləndirilən iddialrla bağlı qarşı tərəfin mövqeyini dıərc etməyə hazırıq...

Poliqon.info

Seçilən
2
poliqon.info

1Mənbələr