AZ

İsveçin müdafiə naziri Ukraynada nazirliyin nümayəndələrinin olduğunu bildirib

İsveç Müdafiə Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin nümayəndələri artıq Ukraynadadır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yonson "The Kyiv Independent" nəşrinə müsahibəsində bildirib.

O, nazirliyin neçə nümayəndəsinin Ukraynada olduğunu və onların ölkəyə nə vaxt gəldiyini açıqlamayıb. Nazir qeyd edib ki, İsveç Ukrayna əsgərlərinin elə bu ölkənin ərazisində təlim keçməsinin mümkünlüyünü istisna etmir. "Düşünürük ki, bu məsələdə vahid fikrə gələ bilsək, yaxşı olar, hazırda bununla bağlı Avropanın bir neçə müxtəlif nöqtəsində müzakirələr aparılır", - Yonson bildirib.

Qeyd edək ki, 2024-cü ildə Ukrayna adı açıqlanmayan İsveç şirkəti ilə silah alışı haqqında ilk birbaşa müqavilə imzalayıb. Müqavilə 2023-cü ilin yayında Vilnüsdə keçirilən NATO sammitində İsveç qurumu ilə Ukraynanın Müdafiə Satınalmaları Agentliyi arasında qurulan əməkdaşlıq çərçivəsində İsveç Müdafiə Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin dəstəyi ilə bağlanıb.

Seçilən
0
1
far.az

2Mənbələr