AZ

Britaniya və Fransa Ukraynaya qoşun yeridə bilər — "The Telegraph"

Britaniya və Fransa Ukraynaya qoşun yeridə bilər. Bunu "The Telegraph" bildirir. Belə ki, Böyük Britaniyanın baş naziri Starmer və Fransa prezidenti Makron Kiyev ilə Moskvanın sülh razılaşmasına nail olacağı təqdirdə Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə etməyə başlayıblar.

“The Teleqraf” bildirir ki, Ukraynada sülhməramlı qoşunların yerləşdirilməsinin üç ssenarisi var:

Britaniya bölmələri döyüş təyyarələri və hücum helikopterləri tərəfindən patrul ediləcək bufer zonası boyunca müşahidə məntəqələri qurur. Arxada çevik reaksiya qüvvələri yerləşdiriləcək, üçüncü dərəcəli zirehli texnika isə Rusiyanın mümkün hücumunu dəf etməyə hazır olacaq.

Qərb koalisiyası Kiyev ətrafında müdafiə sərhədi formalaşdırır ki, bu da Ukrayna ordusuna diqqətini rus qoşunlarını cilovlamağa yönəltməyə imkan verəcək. Bu seçim qeyri-mümkün hesab olunur.

Britaniyalı təlimatçılar müdafiəni təmin etmək üçün Polşadan hava hücumundan müdafiə sistemləri ilə qərbi Ukraynada təlim keçirəcəklər. Hazırda bu, Qərb qoşunlarının Ukraynaya yeridilməsi üçün ən az mübahisəli ssenaridir və bu, ilk addım ola bilər.

Sülhməramlı kontingentin formalaşması böyük ehtimalla Böyük Britaniya və Fransa tərəfindən həyata keçiriləcək.

Ülviyyə, Hurriyyet.az

Seçilən
3
hurriyyet.az

1Mənbələr