AZ

Samirə Yusifova: "Xəstəliyi haqqında heç kimə demirdi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ağlımıza gəlməyən başımıza gəldi".
Oxu.Az xəbər verir ki, bu sözləri meyxana ifaçısı Samirə Yusifova deyib.
O bildirib ki, ölüm xəbərini ortaq dostu xəbər verib:
"Mənə ortaq dostumuz dünən zəng edib xəbər verdi. Keçən il doğum gününü bir yerdə qeyd etmişdik. Ölümünə inanmırdım. Sosial şəbəkəyə girdim gördüm hamı paylaşıb.
Qəribəsi odur ki, xəstəliyi haqqında heç kimə demirdi, bildirmirdi. Çox sağlam, həyat dolu qadın idi. Özünə diqqət edən biri idi. Ağlımıza gəlməyən başımıza gəldi. O həmişə gülüb danışırdı. 10-12 gün qabaq danışdıq, dedim görüşək oturaq. Dedi ki, çəkilişlərim var, vaxtım yoxdur. Yenə də demədi ki, canım ağrıyır".
O, Çimnaz xanımın həmkarlarının mərasimdə iştirak etməməsinə aydınlıq gətirib:
"Axşam Elxan Yunislə danışdım. O, Gəncədə çəkilişdə olduğunu, sonra gəlib dəyəcəyini söylədi. Bir çoxu işlə bağlı gələ bilmir. Heç kəsi qınamalı deyil.
Allah səbir versin. Allah bir övladını qorusun".
Qeyd edək ki, 43 yaşlı aktrisa Çimnaz Sultanova yanvarın 15-də bağırsaq xərçəngindən vəfat edib.
Aygün Mirakif
Seçilən
4
oxu.az

1Mənbələr