Macarıstanın baş naziri Viktor Orban Donald Trampın yanvarın 20-də Vaşinqtonda keçiriləcək andiçmə mərasimində iştirak etməyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Macarıstan hökumət başçısının mətbuat katibi Bertalan Havaşi özünün “X” sosial hesabında yazıb:“Yanvarın 20-də baş nazir Viktor Orban Macarıstanın Aİ Şurasına sədrliyinin nəticələrini qiymətləndirmək üçün Budapeştdə konfransda çıxış edəcək”. Bununla da o, Orbanın Trampın andiçmə mərasimi üçün ABŞ-yə gedəcəyi ilə bağlı deyilənlərə son qoyub.
Vəli Həsənoğlu,
KONKRET.az