AZ

Premyer Liqa komandasının baş məşqçisi kapitana tapşırıq verdi - Özünə başqa yer tap!

Millinin yarımmüdafiəçisi Elvin Camalov «Sabah»la yolları ayırmaq həddinə çatıb.

2021-ci ildən «bayquşlar»ın formasını geyinən və bu müddətdə kapitanlıq dərəcəsinə yüksəlmiş orta sahə oyunçusu Vasili Berezutskinin planlarında yer almır.

Öən ilin noyabrında baş məşqçi təyin olunmuş rusiyalı «Qəbələ»nin yetirməsini əsas heyətdə görmür. 42 yaşlı çalışdırıcı bu barədə həm rəhbərliyə, həm də səbəbkarın özünə məlumat verib.

Bildirib ki, o, icrasını istədiyi taktiki sxemə uyğun gəlmir və burada qalarsa, oynamaq şansı çox olmayacaq.

Elvin də öz növbəsində yeni komanda axtarışına çıxıb. Təklif gələrsə, «Sabah» təzminat istəmədən onunla yollarını ayırmağa hazırdır.

SPORTİNFO.AZ

Seçilən
0
sportinfo.az

1Mənbələr