AZ

İranın iqtisadiyyat nazirinin impiçmenti istənildi

Məsud Pezeşkian hökumətinin iqtisadiyyat naziri Əbdülnasir Himmətinin impiçmenti istənilib.

Bu barədə İran parlamentinin Rəyasət Heyətinin sözçüsü Abbas Qudərzi ölkə mətbuatında açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, İran parlamentinin 80 üzvünün imzası ilə hazırlanan müraciət parlamentin Rəyasət Heyətinə göndərilib və bu istiqamətdə araşdırma aparılır.

Qeyd edək ki, Həmədandan olan azərbaycanlı naziriin impiçmenti ilə bağlı əsas təşəbbüsçülər Təbrizdən İran parlamentinə göndərilən Ruhullah Mütəfəkkir Azad və Əli Cəfəri Azərdir.

Mühafizəkar siyasi qanada mənsub olan hər iki millət vəkili bundan əvvəl prezident seçkisi dövründə Məsud Pezeşkianın rəqibi Səid Cəlilini dəstəkləyiblər.

Bu səbəbdən də, xüsusən Azərbaycan Respublikasına qarşı da qərəzli mövqeyi ilə seçilən Ruhullah Mütəfəkkir Azad, təbrizlilərin tənqidi ilə üzləşib.

visiontv.az



Seçilən
1
1
visiontv.az

2Mənbələr