AZ

HƏMAS və İsrail arasında gərginlik: Razılaşma təxirə salınır`

İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ı razılaşmaları qəbul etməməkdə və son anda böhran yaratmaqda ittiham edib.

Sitat.info xəbər verir ki, baş nazirin ofisindən bildirilib ki, HƏMAS-ın razılaşmanın bütün şərtlərini qəbul etdiyi barədə vasitəçilərdən təsdiq alınmadıqca, İsrail hökuməti Qəzza ilə bağlı sazişi təsdiq etmək üçün toplanmayacaq.

"Razılaşmanın bağlanmasını çətinləşdirən və böhrana səbəb olan tərəf məhz HƏMAS-dır," – deyə Netanyahu vurğulayıb. O, İsrailin yalnız bütün şərtlər yerinə yetirildiyi təqdirdə hərəkət edəcəyini və hər hansı güzəştə getməyəcəyini bildirib.

Hazırda Qəzza zolağında yaranmış humanitar böhran fonunda tərəflər arasında danışıqların nəticəsiz qalması vəziyyəti daha da gərginləşdirir. Vasitəçilərin prosesə daxil olması ilə problemin həlli mümkün olsa da, HƏMAS-ın davranışı razılaşma yolunda əsas maneə kimi qiymətləndirilir.musavat

Seçilən
8
1
sitat.info

2Mənbələr