AZ

Dövlət və özəl sektorun rəqəmsallaşdırılmasından gözləntilər müəyyənləşdi

Bakı. Trend:

Dövlət və özəl sektorun rəqəmsallaşdırılmasından gözlənilənnəticələr açıqlanıb.

Trend xəbər verir ki, bu, Prezident İlhamƏliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında Rəqəmsalİnkişaf Konsepsiyası”nda əksini tapıb.

Konsepsiyaya əsasən, dövlət və özəl sektorunrəqəmsallaşdırılması, rəqəmsal inkişaf üçün zəruri olan informasiyavə kibertəhlükəsizliyi təminatlı rəqəmsal cəmiyyətə keçid, habelərəqəmsal bacarıqların inkişaf etdirilməsi nəticəsində aşağıdakılaranail olunacaq:

dövlət xidmətlərinin tam olaraq elektron formatdan məlumatəsaslı rəqəmsal formata keçidinin təmin edilməsi, “süni intellekt”əsaslı pilot layihələrin həyata keçirilməsi, həmçinin dövlətqurumları arasında sənəd dövriyyəsinin (G2G, G2B, G2C, G2E)kağızsız formada icra olunması;

İKT infrastrukturunun inkişafı sahəsində xərclərinoptimallaşdırılması və bu sahədə özəl investisiyaların payınınartırılması;

ən yeni rəqəmsal texnologiyaların tətbiqi − böyükhəcmliməlumatların və süni intellektin istifadəsi yolu ilə qərarqəbuletmə prosesinin səmərəliliyinin və sürətinin artırılması,“əşyaların interneti” vasitəsilə xidmətlərin proaktiv və tezçatdırılması;

“ağıllı şəhər” və “ağıllı kənd”lərdə rəqəmsal texnologiyalarıntətbiqinin genişləndirilməsi və sürətləndirilməsi, eyni zamanda“ağıllı qurğular”dan istifadə etməklə vətəndaşların həyatsəviyyəsinin yüksəldilməsi;
proqnoz ssenarilərin qurulması, zəncir-bloklar (blockchain)texnologiyası ilə əməliyyatların və məlumatların təhlükəsizliyinintəmin edilməsi;

dövlət qurumlarının rəqəmsal inkişaf prosesinin monitorinqi vəqiymətləndirilməsi üçün əsas fəaliyyət göstəriciləri sisteminin,rəqəmsallaşma diaqnostikasının və sürətləndirilmiş rəqəmsallaşdırmassenarilərinin hazırlanması;

dövlət qurumlarının texnoloji hazırlıq səviyyəsinin artırılması,lisenziyalı proqram təminatlarından istifadənin təmin edilməsi vəinformasiya təhlükəsizliyi ilə kibertəhlükəsizliyin təmin olunmasıüçün vahid standartların hazırlanması və tətbiqi;

rəqəmsal inkişaf sahəsində beynəlxalq reytinqlərdə ölkəningöstəricilərinin yaxşılaşdırılmasına nail olunması;

innovativ ekosistemin inkişafının dəstəklənməsi məqsədilə vençurmaliyyəsi, tədqiqat və təhsil müəssisələrinin cəlb edilməsi, yerliİKT şirkətlərinin inkişaf etdirilməsi və startapların rəqəmsalhəllər hazırlamasına dəstək verilməsi;

yeni iş yerlərinin yaradılması, yerli təcrübələrin inkişafı vəixracının artırılması, ölkənin texnoloji ixrac potensialınınyüksəldilməsi;

sahibkarlıq subyektlərinin prioritet sahələr üzrərəqəmsallaşdırılmasının təşviq edilməsi və kiberməlumatlılığınınartırılması;

“Açıq məlumatlar” portalının beynəlxalq təcrübəyə uyğun olaraqtəkmilləşdirilməsi, elektron imzanın tətbiqinin genişləndirilməsivə Açıq Tətbiq Proqramlaşdırma İnterfeysi (Open API) əsasında özəlsektor tərəfindən yeni xidmətlərin istifadəyə verilməsi;

İKT-nin inkişaf meyillərinə uyğun olaraq ölkədə rəqəmsalbacarıqların və kiberməlumatlılığın artırılması;

İKT təhsilinin bütün pillələrində biznesin iştirakının təminedilməsi, təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılmasıvə İKT ixtisasları üzrə dövlət sifarişli yerlərin sayınınartırılması;

İKT mütəxəssislərinin dövlət qulluğuna qəbulu prosesininsadələşdirilməsi, məsafədən təhsil və iş imkanlarının regionlarınsosial-iqtisadi inkişafına təsirlərinin artırılması.

Seçilən
1
1
az.trend.az

2Mənbələr