"Şəki" klubu heyətinə yeni basketbolçu cəlb edib. Bu barədə SİA-ya bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Komanda cari mövsümün əvvəlində "Lənkəran"da oynamış Mirməcid İsmayılovla anlaşıb.
Əvəzində isə Əbdülmətin Quliyevlə yollar ayrılıb. O, "Lənkəran"da çıxış edəcək.