Ermənistanda xəyalla yaşayanların sayı çox olsa da, bəzən utopiklərin sayı təəccüb yaradır. Tribunainfo.az xəbər verir ki, onların arasında xəyalpərəstliyin dibinə enənlər də az deyillər.
Onlar müxtəlif nağıllar danışır, xəyallar qurur və bunu dilə gətirirlər. Məsələn, iranşünas Vartan Voskanyan kimi. O deyir ki, guya, Azərbaycan Ermənistan ərazilərini işğal edib. Və həmçinin onu da deyir ki, həmin torpaqları özləri geri qaytaracaqlar. “Azərbaycanın işğal etdiyi əraziıəri biz azad etməliyik. Onu nə texaslı, nə kanzaslı, nə fransız, nə də bir digəri etməyəcək. Özümüz etməliyik”.
P.S. Azərbaycan Ermənistanın bir qarış torpağını belə işğal etməyib. Erməni tərəfinin belə bir fikirlər səsləndirməsi beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən başqa bir şey deyil. Digər tərəfdən, Voskanyan və onun ağlında olanlar hələ də düşünürlər ki, Azərbaycanı məğlub edə bilərlər. Yenə də xəyallara qapılıb, özlərindən bir şeylər uydururlar. Və onu da yaxşı bilirlər ki, bu mümkün deyil.