AZ

Hindistan donanması iki gəmi və dizel sualtı qayığı ilə güclənib

Yanvarın 15-də Hindistan Hərbi Dəniz Qüvvələrində üç qabaqcıl döyüş platformasının istismara verilməsi mərasimi keçirilib: “Nilgiri” freqatı, “Surat” esminesi və “Vaqşir” dizel-elektrik sualtı qayığı.

Herbiand.az bildirir ki, Mumbayda keçirilən tədbirdə Hindistanın baş naziri Narendra Modi də iştirak edib.

Baş nazir qeyd edib ki, “ilk dəfədir ki, bir anda üç gəmi istismara verilib: esmines, freqat və sualtı qayıq. O, son 10 ildə milli donanmaya 33 gəmi və 7 sualtı qayığın əlavə olunduğunu, eləcə də tikilməkdə olan 40 hərbi gəmilərin hazır olandan sonra istismara buraxılacağını qeyd edib.

“Surat” esminesinin gövdəsinin uzunluğu 163 metr, eni 17,4 metrdir. Qaz turbinli elektrik stansiyası ilə təchiz edilib və 30 düyündən çox sürətə çatmağa qadirdir. Kruiz məsafəsi 4000 dəniz mili, ekipaj 300 nəfərdir. Gəminin silahlanmasının təxminən 75%-ni yerli istehsal sistemləri, o cümlədən orta mənzilli hava hücumundan müdafiə raketləri, “BrahMos” qanadlı raketlər, torpedo buraxıcıları, sualtı qayıqlara qarşı döyüş atıcıları və 76 mm-lik top qurğusu təşkil edir.

“Nilgiri” freqatı gövdəsinin uzunluğu 149 metrdir. Sürət 28 düyün, kruiz məsafəsi 5500 dəniz mili, ekipaj 226 nəfərdir. Arsenala 76 mm-lik top, iki 30 mm-lik AK-630M zenit artilleriya qurğusu, iki torpedo borusu, iki RBU-6000 sualtı bomba atan qurğu, səkkiz “BrahMos” səsdən sürətli qanadlı raketləri üçün buraxılış qurğuları və İsrail istehsalı olan 32 “Barak” zenit raketi daxildir”.

“Kalvari” dizel-elektrik sualtı qayığın uzunluğu 67,5 metr, maksimum sualtı sürəti 20 düyündür. Ekipaj 8 zabit də daxil olmaqla 44 nəfərdən ibarətdir. Silahlanmaya 533 mm-lik SUT 266 torpedaları, SM-39 “Exocet” gəmi əleyhinə raketləri və minaları daxildir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
6
herbiand.az

1Mənbələr