AZ

Ukrayna məsələsini ancaq Putin və Tramp həll edəcək

Ukraynadakı vəziyyəti yalnız Rusiya lideri Vladimir Putin və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp həll edə bilər. Bunu TASS-a müsahibəsində Slovakiya Milli Şurasının (parlament) vitse-spikeri Andrey Danko deyib.

"Slovakiyanın baş naziri Robert Fitso bu problemi həll edə bilməz, Slovakiya isə bu problemin həlli ilə məşğul olmu. Bu problemi ancaq Tramp və Putin həll edə bilər", - o, Ukraynadakı münaqişəyə son qoyulmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

Danko hazırkı vəziyyəti SSRİ prezidenti Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən başa çatan soyuq müharibənin başa çatması ilə müqayisə edib.

Oxuminı.az

Seçilən
6
oxumeni.az

1Mənbələr