AZ

ABŞ ordusu sərhədinə gəlir: İranın səsi niyə çıxmır?

İran hazırda elə vəziyyətdədir ki, əsas ümidini ABŞ-la aparılan qapalı təmaslardan mümkün nəticələr əldə etməyə bağlayır. Bu səbəbdən İranın ABŞ-a ciddi şəkildə etiraz etməsi real görünmür.

Bu fikirləri Axar.az-a keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında sazişə uyğun olaraq ABŞ-ın Ermənistana sərhəd mühafizə qrupu göndərməsi haqda bəyanatına Tehranın səssiz qalmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, regionda strateji dəyişikliklər baş verir və nə İran, nə də digər güclər bu prosesə açıq şəkildə qarşı çıxa bilir:

“Tehran, eləcə də Rusiya rəsmi olaraq bu sazişə böyük etirazlar etməyəcək. Bu baxımdan strateji dəyişikliklərin baş verdiyini söyləyə bilərik. Rusiya öz imkanları ilə o bölgədən çəkilir. Qərbin bölgəyə daxil olması Rusiya və İran üçün şərtlərdən biridir. Qərb İranın bizə qarşı fəaliyyətlərinə etiraz edirdimi? Xeyr. Burada koordinasiya göz qabağındadır”.

Seçilən
0
2
axar.az

3Mənbələr