AZ

“Çimnaz dedi ki, həkimlər başına oyun açıb” - video

“Məndən xahiş etdi ki, kimsə soruşsa, xəstə olduğunu deməyim”.

“Qafqazinfo” xəbər verir ki, bunu müğənni Manaf Ağayev aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, aktrisa 3 aya yaxın idi ki, bu xəstəliklə mübarizə aparırdı: “Məclislərin biri üçün Çimnaz xanımı axtarırdılar. Mən zəng etdim. Gördüm, danışa bilmir. Nə olduğunu soruşanda isə xəstə olduğunu, bunu heç kimə deməməyimi istədi. Xəstə olduğunu bilirdim, ancaq bu vəziyyətdə olduğunu bilmirdim”.

M. Ağayev, həmçinin Ç. Sultanovanın ona həkimlərlə problem yaşadığını söyləyib: “Bir həftə əvvəl yenidən əlaqə saxlamışdım, əməliyyat edildiyini, səhhətinin normal olduğunu demişdi. Məndən xahiş etdi ki, kimsə soruşsa, xəstə olduğunu deməyim. Mənə dedi ki, həkimlər xırda bir şeyə görə başıma oyun açdılar”.

Xatırladaq ki, Çimnaz Sultanova ötən gün 43 yaşında bağırsaq xərçəngindən vəfat edib.

 

Seçilən
6
4
buta.media

5Mənbələr