AZ

AYİB 2025-ci il üçün Ukrayna ilə bağlı kredit planlarını açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2025-ci ildə Ukraynaya investisiyalarının 1,5 milyard avro təşkil edəcəyini proqnozlaşdırır, lakin həcmlər daha yüksək ola bilər.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi AYİB-in Ukrayna və Moldova üzrə direktoru Arvid Türknerə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, infrastruktur və enerji təhlükəsizliyi iki əsas prioritetdir, daha sonra özəl sektor və ərzaq təhlükəsizliyi sahəsində dayanıqlılıq gəlir.

Ötən il London bankı nizamnamə kapitalını 4 milyard avro artırdıqdan sonra Ukraynaya rekord məbləğdə - təxminən 2,4 milyard avro investisiya yatırıb.

AYİB insanların və müəssisələrin fasiləsiz elektrik enerjisi ilə təminatına kömək etmək üçün enerji maliyyələşdirməsini mərkəzsizləşdirilmiş kiçik generasiya güclərində cəmləşdirib.

Seçilən
1
2
report.az

3Mənbələr