AZ

Rusiyanın Ermənistanda iştirakının azalması yalnız İranın iştirakının çoxalması hesabına baş verə bilər

“JAM News” Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin bir qrup analitiki “Bakıdan rəy: Rusiya və İranın daha sıx əlaqələri Cənubi Qafqaz üçün nə vəd edə bilər?” başlıqlı məqalədə Moskva və Tehran arasında imzalanacaq hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinə kollektiv münasibətini təqdim edib.

Analitiklərin fikrincə, hazırda İran ardıcıl olmasa da, Rusiyaya silah ötürür.

Sitat: “Aİİ və İran arasında münasibətlərin dərinləşməsi, Rusiya və İran arasındakı indiki müqavilə xüsusən də Ermənistan rəhbərliyinin Avropaya inteqrasiya yolu tutması, müdafiə sistemində ABŞ və Fransanın iştirakının genişləndirilməsi şərtlərində Ermənistanın boğazındakı ilgəyi daha möhkəm sıxır. İran Ermənistanın Aİİ-dən çıxmasının əleyhinə olacaq, yəni İran özünü Ermənistana hərbi müttəfiq qismində qəbul etdirməyə çalışacaq. Rusiyanın Ermənistanda iştirakının azalması İranın iştirakının çoxalması hesabına baş verə bilər”.

visiontv.az



Seçilən
3
visiontv.az

1Mənbələr