Albaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Azərbaycan millisinin üzvü Zamiq Əliyevin də formasını geyindiyi "Eqnatia" doğma meydanda "Kastrioti"ni 4-0 hesabı ilə məğlub edib.
Zamiq Əliyev oyuna start heyətdə başlayıb və komandasının ilk qolunun müəllifi olub.
Gənc müdafiəçi oyun haqqında "Operativ Media"ya fikirlərini bölüşüb.
"Albaniyada ilk qolumu vurdum. Bunun üçün çox xoşbəxtəm. İnşallah bu son olmaz. Qollarımın ardı gələcəyinə inanıram".
Qeyd edək ki, bu, Zamiq Əliyevin professional karyerasında əsas liqalarda vurduğu 2-ci qoludur.