AZ

Kanada ABŞ-la ticarət “savaşı”na hazırlaşır

AzVision.az bildirir ki, məlumatlı mənbələrə istinad edən “Bloomberg” agentliyinin yazdığına görə, Kanada tərəfi təxminən 105 milyard ABŞ dolları dəyərində rüsumnəzərdə tutulan mallarınsiyahısını da tərtib edib.

“Bu siyahı ilkin xarakter daşıyır və yalnız Tramp administrasiyası ilk addımı atacağı təqdirdə qüvvəyə minəcək. Kanada tərəfindən əlavə tariflər ABŞ-nin hərəkətlərindən asılı olaraq sonradan tətbiq edilə bilər”, - mənbə vurğulayıb.

Lakin, Kanadanın hazırladığı ilkin siyahıdakı malların adları açıqlanmayıb.

Kanada ABŞ-yə satdığı uran və neftə gömrük rüsumları tətbiq edə bilər
Xatırladaq ki, ABŞ-nin gələcək prezidenti Donald Tramp daha əvvəl Kanada mallarına 25 faiz rüsum tətbiq etməklə hədələyib. O, bu təhdidini Ottavann ticarət və immiqrasiya məsələlərini həll edə bilməməsi ilə əsaslandırıb.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
0
2
azvision.az

3Mənbələr