“Dünyasını dəyişən aktrisa Çimnaz Sultanova Bakı Sağlamlıq Mərkəzində əməliyyat olub. Amma səhv əməliyyat olunduğu üçün komaya düşüb”.
Bu sözləri aktrisanın yaxınları iddia edib.Onlar bildirib ki, aktrisa yanlış əməliyyat olunub. O daha sonra "Zəfəran" klinikasına yerləşdirilib. Orada bildiriblər ki, aktrisa yanlış əməliyyat olunduğu üçün bağırsaqları partlayıb. Onun 30 min manat xərci çıxıb. / Musavat.com