AZ

Çul Xandan növbəti sərsəmləmələr

"Sərginin dəyəri ilk növbədə xarici görünüşdən asılıdır. Beləliklə, nümayiş etdirmək məcburiyyəti gözəlliyin zor tətbiqiylə (fitnes) əldə olunmasını tətikləyir. Plastik gözəllik (Operation Beauty) ekran dəyərini artırmaq məqsədi daşıyır.

Bu günün fərdləri batini dəyərləri deyil, lazım gələrsə gücə əl ataraq ayaqlaşmağa çalışılan zahiri standartları təqdim edir. Göstərmək məcburiyyəti görünən və zahiri olanın mütləqləşməsinə gətirib çıxarır.

Görünməz olan, heç bir sərgi dəyəri olmadığı üçün maraq yaratmayan, sadəcə, mövcud deyildir.

Göstərmək məcburiyyəti görünəni istismar edir. Parlaq səth unikal dərəcədə şəffafdır. Kimsə onu saf-cürük etməz. Çünki şərh olunacaq, hermenevtik dərinliyə malik bir özəlliyi yoxdur. "Face" də sərgi dəyərini maksimum dərəcədə artırmağa çalışan şəffaf bir üzdür.

Sərgiləmək məcburiyyəti sonda öz üzümüzü əlimizdən alır.

Artıq öz üzümüz olmaq mümkün deyil. Sərgi dəyərinin mütləqləşdirilməsi özünü sərgiləmək işgəncəsi kimi büruzə verir. Problem özü-özlüyündə şəkillərin sayının artması deyil, şəkil olmaq uğrunda ikonik məcburilikdir. Hər şey görünməyə məhkumdur. Şəffaflıq məcburiyyəti sərgilənməyə tabe olmayan hər şeyi şübhəli hesab edir. Onun zorakılığı da buradadır.

Bu gün vizual ünsiyyət yoluxma, rahatlaşdırıcı reaksiya və ya refleks kimi baş verir. Bu ünsiyyətdə heç bir estetik təfəkkür yoxdur. Estetikləşdirmə (hiss oluna bilən hala gətirmə) son nəticədə anestezik (hissiyyatı keyiləşdirən) bir təsir göstərir. Layk-bəyəndim şəklindəki estetik bir mühakimə üçün uzun müşahidəyə ehtiyac yoxdur.

Sərgi dəyəri ilə doldurulmuş şəkillər mürəkkəblikdən məhrumdur. Onların məhrəmliyi yoxdur, yəni pornoqrafikdir. Təfəkkürə, yenidən araşdırmağa, üzərində düşünməyə səbəb olacaq yönlərdən tamamilə məhrumdurlar. Mürəkkəblik ünsiyyəti ləngidir. Həddindən artıq anestezik ünsiyyət sürət qazanmaq üçün mürəkkəbliyi azaldır. Mənanın ötürülməsindən şiddətli dərəcədə sürətlidir.

Məna yavaşdır!

İnformasiya və kommunikasiyanın sürətləndirilmiş dövriyyəsinə mane olur. Beləliklə, şəffaflıq mənasızlıqla dostlaşır".

Aqşin Yenisey

visiontv.az



Seçilən
1
visiontv.az

1Mənbələr