AZ

Paşinyan qorxuya düşdü, onlardan kömək istədi

Aİ-yə üzvlük layihəsinin təsdiqindən sonra Rusiyadan gələn təhdidlər Ermənistan baş naziri Nikol Paşinyanı narahat edib.

Ölkə.Az “hraparak”a istinadən xəbər verir ki, o, bir neçə gün əvvəl İcevanda icra və qanunvericilik orqanlarının rəsmilərinin iştirakı ilə müzakirə təşkil edib. Onlara Ermənistan iqtisadiyyatına gözlənilən güclü zərbəni aradan qaldırmağın yollarını göstərməyi təklif edib. Söyləyib ki, geri çəkilə bilməyəcəklər, AB layihəsinin qəbulundan imtina etmək mümkün deyil.

Nəşr yazır ki, Aİ-yə üzvlük layihəsi parlamentin bazar ertəsi başlayacaq ilk iclasının gündəliyinə daxil edilməyib. Hərçənd ötən ilin sonunda sessiyanın gündəliyində olub.

“Yeri gəlmişkən, hakim fraksiyada bu layihənin “təhlükəli nəticələri olan avantüra” kimi qəbul edilməsinin əleyhinə olan deputatların böyük bir qrupu var. Onu da demirəm ki, Dövlət Dumasında layihənin mətni zarafat predmetinə çevrilib, onlar Avropaya qoşulmağa can atanların savadsızlıq və dar düşüncə səviyyəsinə, sadəcə, heyran qalırlar”, - hraparak azır.

Miri
Ölkə.Az

Seçilən
0
olke.az

1Mənbələr