AZ

Neft Fondu xaricdə daşınmaz əmlaka nə qədər pul qoyub?

2024-cü il ərzində isə ARDNF-nin daşınmaz əmlak portfeli üzrə 200 milyon dollar yeni investisiya qoyuluşu həyata keçirilib.

AzPost bildirir ki, bunu Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, bu investisiyalara dünya miqyasında tanınan PGIM və “Brookfield” şirkətlərinin müvafiq olaraq Asiya və Sakit Okeanı hövzəsi regionunda fəaliyyət göstərən və Amerika, Avropa və Asiya regionları üzrə qlobal investisiyalar həyata keçirən fondları daxildir. Həmin fondlar ənənəvi və alternativ daşınmaz əmlak sektorlarında investisiyalar həyata keçirəcək.

İcraçı direktor deyib ki, ARDNF daşınmaz əmlak investisiyalarına 2012-ci ildə başlayıb və hazırda dünyanın 40-dan çox ölkəsində investisiyaları mövcuddur.

ARDNF-nin daşınmaz əmlak portfelinin təxminən 40 faizi Şimali Amerika, 39 faizi Avropa, digər hissəsi isə, əsasən, Asiya və Sakit Okeanı hövzəsi regionunda yerləşir.

Portfelin böyük hissəsini müştərək investisiyalar təşkil edir (fondlar vasitəsilə edilən) və sözügedən investisiyalar qlobal miqyasda geniş təcrübəsi olan nüfuzlu şirkətlərlə birgə həyata keçirilir.

Daşınmaz əmlak portfelinin hazırkı dəyəri 3,5 milyard dollara bərabərdir və investisiyalara başlanan tarixdən etibarən bu portfel üzrə kumulyativ olaraq 78 faizdən çox gəlir əldə edilib.

 

Seçilən
1
1
azpost.info

2Mənbələr