AZ

İsveçli hərbi mütəxəssislər Ukraynadadır

İsveçli hərbi mütəxəssislər Ukraynadadır

İsveç Müdafiə Nazirliyinin Müdafiə Təchizatları Agentliyinin nümayəndələri artıq Ukraynadadırlar. AFN.az xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyinin rəhbəri Pol Conson “The Kyiv Independent”ə müsahibəsində bildirib.Nazir departamentin nə qədər nümayəndəsinin Ukraynada olduğunu və onların ölkəyə nə vaxt gəldiyini açıqlamayıb. Eyni zamanda, o qeyd edib ki, İsveç Ukrayna hərbçilərinə Ukrayna ərazisində təlim keçmək imkanını istisna etmir. "Biz düşünürük ki, bu məsələ ilə bağlı birliyə gələ bilsək, yaxşı olardı. Bu məsələ hazırda Avropanın bir neçə fərqli yerində müzakirə olunur" - deyə Conson əlavə edib.2024-cü ildə Ukrayna adı açıqlanmayan İsveç şirkəti ilə ilk birbaşa silah alqı-satqısı müqaviləsini imzalayıb. Açıqlamada müqavilənin təfərrüatları göstərilməyib. Müqavilə İsveç Müdafiə Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin yardımı ilə bağlanıb. Sənəd 2023-cü ilin yayında Vilnüsdə NATO-nun sammitində İsveç Nazirliyi ilə Ukrayna Müdafiə Təchizatları Agentliyi arasında qurulan əməkdaşlıq çərçivəsində imzalanıb.

Seçilən
6
afn.az

1Mənbələr