AZ

"Ayıbdı, ay hökumət, yer haqqı, göy haqqı ayıbdı" - Partiya sədrindən Mərakeşdən plastik qabların alışına sərt reaksiya

"Dünən bir rəsmi məlumata rast gəldim: Azərbaycan Mərakeşdən plastik qabların alışını bərpa edib. Yəni, əvvəl də alırdıq, sonra bir müddət almamışıq, indi yenidən Mərakeşdən plastik qap alışını bərpa etmişik. Ayıbdı, ay hökumət, yer haqqı, göy haqqı ayıbdı – plastik qab neftin emalından alınır, bunu da Mərakeşdən idxal edirik. Ay hökumət, bu ki, telefon, televizor, avtomobil, kosmik avadanlıq, kompyuter deyil ki, bacarığınız çatıb istehsalını təşkil edə bilməyəsiniz. Adi plastik qablardır, normal iş adamlarına imkan versəniz, onlara mane olmasanız Azərbaycanda istehsalını çoxdan təşkil edib öz xammalımızla daxili təlabatı ödəyə, hətta ixrac da edə bilərdik".

Mia.az xəbər evrir ki, bu sözləri Feysbuk hesabında Real Partiyasının sədri, tanınmış iqtisadçı Natiq Cəfərli yazıb.

Partiya sədrinin sözlərinə görə, indi bu bəsit məhsulda belə Mərakeşə möhtacıq, çox güman, bu ölkə xammalı İtaliyada neft elamı zavodlarından alır, o zavodların xam nefti isə Azərbaycandan gedir: "Yəni, biz xam nefti İtaliyaya satırıq, onlar emal edir, 100 cür məhsul istehsal etmək üçün əlavə dəyər yaradan istehsal üçün yararlı məhsullar alır, sonra onu ucuz işçi qüvvəsi olan Mərakeşə göndərir, onlar da plastik qap istehsal edib Azərbaycana satırlar.

Bax belə bir sistem qurublar, xammal kimi nefti satıb, ondan alınan 100 cür məhsulu, satrığımızdan 10 qat baha xaricdən alırıq...".

Samir Musayev

MİA.AZ

Seçilən
0
2
mia.az

3Mənbələr