AZ

Gürcüstanın Baş naziri Azərbaycana gəlir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana səfər edəcək.

Bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Bakı şəhərində, Gürcüstan və Azərbaycan Respublikasının Baş nazirlərinin rəhbərliyi ilə, Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlığının hökumətlərarası komissiyasının iclası keçiriləcək.

Komissiyanın iclasında hər iki ölkənin hökumət üzvləri iştirak edəcəklər. Baş nazir İrakli Kobaxidzenin Azərbaycanda yüksək səviyyəli görüşləri planlaşdırılır.

Seçilən
0
21
demokrat.az

10Mənbələr