AZ

Mask Nyu-Yorkda Əmir Səid İrəvani ilə görüşüb? - Tehrandan qəzəbli açıqlama

İran “The New York Times”ın (NYT) İlon Maskın italyan jurnalist Sesiliya Salanın azadlığa buraxılmasında Tehranı razı salması ilə bağlı məlumatına münasibət bildirib.

Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi danışıb.

Bəqayi Amerika nəşrinin İlon Maskın İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ilə Nyu-Yorkda əlaqə saxlaması və italyan jurnalistin azad edilməsində rol oynaması barədə dərc edilən məlumatını təkzib edib. “Bu, medianın uydurmasıdır”, - Bəqayi bildirib.

Bu barədə NYT yanvarın 15-də mənbələrə istinadən məlumat yaymışdı.

İranda jurnalist vizası ilə işləyən Sala 2024-cü il dekabrın 19-da “İslam Respublikasının qanunlarını pozduğuna görə” saxlanılıb. İşin təfərrüatları açıqlanmayıb və italyan qadının səlahiyyətliləri və qohumlarından iş diplomatik kanallar vasitəsilə aparılarkən mətbuatdan maksimum məxfiliyi saxlamağı xahiş ediblər. İtaliya mediası jurnalistin ABŞ-ın tələbi ilə Milanın Malpensa hava limanında iranlı mühəndis Məhəmməd Abedininin həbsindən bir neçə gün sonra saxlanıldığını qeyd edib. Tehran əmin edib ki, İtaliya mətbuatının irəli sürdüyü kimi “şantaj” və “mübadilə cəhdi”nə dair heç bir işarə yoxdur.

Seçilən
1
publika.az

1Mənbələr