AZ

Azərbaycan vətəndaşları üçün şəxsiyyəti eyniləşdirən sənədlər “Rəqəmsal İD” həllində təmin ediləcək

Ölkə vətəndaşları üçün şəxsiyyəti eyniləşdirən sənədlər “Rəqəmsal İD” həllində təmin edilməlidir.

FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda əksini tapıb.

Konsepsiyaya əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və aidiyyəti qurumlar 2025-2027-ci illər ərzində bütün ölkə vətəndaşları üçün şəxsiyyəti eyniləşdirən sənədlərin Rəqəmsal İD həllində təqdim edilməsini təmin etməlidir.

Seçilən
1
4
fed.az

5Mənbələr