AZ

Kiyev metrosunun sabiq baş direktoru xaricə qaçıb

Kiyev

Kiyev Metropoliteninin keçmiş rəhbəri hərbi həkim komissiyasının saxta rəyi əsasında Ukraynanı tərk edib.

Reyting.az
xəbər verir ki, Kiyev polisinin kommunikasiya departamentinin məlumatına görə, Kiyev metrosunun keçmiş rəisinə qarşı istintaq hərəkətləri aparılır.

O cümlədən, həkim komissiyasının qərarı ilə həmin şəxs sağalmaz xəstəlik iddiası ilə hərbi qeydiyyatdan çıxarılıb.

“Faktla bağlı cinayət işi açılıb, hazırda paytaxt polisinin müstəntiqləri müəssisənin inzibati binasında axtarış aparır” - məlumatda deyilir.

Ukrayna mediası hüquq-mühafizə orqanlarındakı mənbələrdən öyrənə bilib ki, söhbət Viktor Braqinskidən gedir. Braqinski 2014-2024-cü illərdə Kiyev Metropoliteni Müəssisəsinin rəhbəri vəzifəsini tutub. O, 2024-cü ilin martında istefa məktubu yazıb. Bundan əvvəl araşdırmaçı jurnalistlər Braqinskinin əmlak bəyannaməsində çoxsaylı pozuntuları ifşa ediblər.

V. QULİYEV
Seçilən
0
reyting.az

1Mənbələr