AZ

Baş nazir bu gün mühüm toplantı keçirəcək

Danimarkanın baş naziri Mette Frederiksen Donald Trampla, o cümlədən Qrenlandiya mövzusunda danışdıqdan sonra işgüzar dairələrin liderləri üçün görüş təyin edib.

Yenisabah.az xəbər vrir ki, xarici işlər naziri Lars Rasmussen də parlamentin xarici siyasət komitəsinin üzvləri ilə görüş təyin edib.

Frederiksen ynvarın 15-də Trampa telefonla danışıb. O deyib ki, Qrenlandiya xalqı öz gələcəklərini həll edəcək və Kopenhagen Arktikada təhlükəsizliyi gücləndirmək üçün daha çox iş görmək istəyir.

Baş nazir Danimarka şirkətlərinin ABŞ-da iqtisadi artıma və yeni iş yerlərinin yaradılmasına töhfə verdiyini, Kopenhagen və Vaşinqtonun ticarətin artırılmasında ortaq marağı olduğunu qeyd edib. Bundan əlavə, tərəflər Ukrayna, Çin və Yaxın Şərqi müzakirə ediblər.

Bundan əvvəl Tramp Qrenlandiyanı ABŞ-ın tərkibinə daxil etmək istəyini bildirmişdi.


Telegram kanalımız
Seçilən
1
yenisabah.az

1Mənbələr