AZ

Türk dövlətləri arasında iqtisadi əməliyyatçıların statusunun qarşılıqlı tanınması üzrə çoxtərəfli sənəd hazırlamaq lazımdır - Mavlonov

Bakı. Trend:

Türkdilli Dövlətlər Təşkilatının üzv dövlətləri arasındaəməliyyatçıların statusunun qarşılıqlı tanınması üzrə çoxtərəflisənəd hazırlamaq lazımdır.

Trend xəbər verirki, bunu Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi nəzdindəDövlət Gömrük Komitəsinin sədri Akmalhoca Mavlonov TürkdilliDövlətlər Təşkilatının gömrük xidməti rəhbərlərinin 10-cu iclasınıngedişində etdiyi çıxışda bildirib.

Onun sözlərinə görə, GPS-möhürlər gələcəkdə fiziki müşayiətəəvəz olmalıdır.

“Biz yükdaşınmalarının sadələşdirilməsi üçün elektron möhürlərintətbiq olunması təşəbbüsünü dəstəkləyirik. TDT ölkələrində busahədə olan optimal təcrübənin öyrənilməsi bizim üçün böyük maraqkəsb edir. Özbəkistanda səlahiyyətli iqtisadi əməliyyatçınınstatusunun verilməsi qaydası, reyestrə daxil edilmə tələbləri vəonlar üçün nəzərdə tutulan güzəştlər qanuni yolla təsbit olunub”, –deyə A.Mavlonov bildirib.

Mavlonov ölkəsinin, səlahiyyətli iqtisadi əməliyyatçılarınqarşılıqlı tanınması üzrə Çin, Rusiya və Belursla beynəlxalqmüqavilələr bağladığını xatırladıb.

“Bununla əlaqədar biz milli proqramların, TDT ölkələrindəsəlahiyyətli iqtisadi əməliyyatçıların gələcək inkişafınıdəstəkləyirik və TDT üzv dövlətləri arasında həmin əməliyyatçılarınstatusunun qarşılılıqlı şəkildə tanınmasına dair çoxtərəfli sənədinhazırlanmasını təklif edirik. Biz, həmçinin, bu istiqamətdəgörüləcək işlərin əlaqələndirilməsi üçün işçi qrupun yaradılmasınıməqsədəuyğun hesab edirik”, - deyə o bildirib.

Seçilən
7
az.trend.az

1Mənbələr