AZ

İranda həbsdə olan güneyli alim İsveç hökumətini tənqid etdi: “Mən bu dəhşətli şəraitdə edam riski ilə qalmışam”

İran hökuməti tərəfindən edam cəzasına məhkum edilən ikili vətəndaşlığı olan güneyli alim Əhmədrza Cəlali İsveç hökumətini onun vəziyyətinə etinasızlıq göstərməkdə günahlandırıb. Bu barədə onun həyat yoldaşı Vida Mehranniya xəbər verib.

Güneyli alim İsveç hökumətinə mesajında deyib: “Edam təhlükəsi ilə üz-üzə qaldığım dəhşətli şəraitə, sağlamlığımda ağır problemlərin yaranmasına baxmayaraq, mənim taleyimə laqeyd yanaşırsınız və görünür ki, ikili vətəndaş olduğuma görə sizin üçün ikinci dərəcəli vətəndaş hesab edilirəm. Elə görünür ki, mənim həyatımın İsveç hökuməti üçün əhəmiyyəti yoxdur və bu onlar üçün önəmli deyil".

Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhmədrza Calali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.

visiontv.az



Seçilən
12
visiontv.az

1Mənbələr