AZ

Bred Pitt bütün sərvətini ona xərcləyən “fransız sevgilisindən” danışdı

Amerikalı aktyor Bred Pitt onun adından istifadə edən fırıldaqçıya aldanaraq ona 830 min avro verən fransız qadınla yaşanan hadisəyə cavab verib. 

OLAY yazır ki, ulduzun nümayəndəsi “E! News”a rəsmi açıqlama yayıb. 

“Pərəstişkarlarının sənətçilərə olan bağlılığından fırıldaqçıların istifadə etməsi dəhşətlidir. Bu, vacib bir xatırlatmadır, internetdə yoxlanılmamış mesajlara, xüsusən də sosial şəbəkələrdə olmayan aktyorlara cavab verməməlisiniz.  Pittin təsdiqlənmiş sosial media hesabı yoxdur”, - məlumatda bildirilib.

Xatırladaq ki, Anna adlı fransız qadın 830 min avroluq bütün əmanətini özünü aktyor kimi təqdim edən fırıldaqçıya verib. Aktyorla tanışlıqdan sonra milyonçu ərindən boşanan qadın əsl Bred Pittin ona aşiq olduğuna inanıb, hətta “anası” ilə də ünsiyyətdə olduğunu zənn edib. Fırıldaqçı qadını aldatmaq və etibarını qazanmaq üçün Bred Pittin süni intellektlə yaratdığı videolarını ona göndərməyə başlayıb. Qarşısındakı şəxsin Bred Pitt olduğuna inanan qadının həyatı fırıldaqçının evlilik təklifindən sonra tamamilə dəyişib. Məşhur ulduzla evlənmək arzusunda olan Anna milyonçu ərindən boşanaraq 800 min avro təzminat alıb. Qadının təzminat aldığını öyrənib mesajlar göndərməyə davam edən saxtakar bu dəfə fransız qadına böyrək xərçəngi olduğunu söyləyib. Özünü Bredd kimi təqdim edən fırıldaqçı Annanı inandırıb ki, keçmiş həyat yoldaşı Ancelina Coli ilə məhkəmə prosesləri səbəbindən şəxsi bank hesablarından istifadə edə bilmir. Bundan sonra qadın ona “xərçəng xəstəliyindən müalicə almasına” da kömək edib və xəstəxana xərclərini ödəyib. Anna hazırda psixi sağlamlıq klinikasında depressiyadan müalicə alır.

Seçilən
5
olay.az

1Mənbələr