AZ

Netanyahu HƏMAS-la danışıqlarda son anda "rədd etmək" tapşırığı verib

İsrailin baş naziri Benyamin Netanyahu danışıqlar aparan şəxslərə HƏMAS-ın şərtləri diktə etmək cəhdlərini son anda rədd etməyi tapşırıb.

Qaziler.az xəbər verir ki, bu haqda Netanyahu ofisinin müşaviri Dmitri Gendelman TASS-a bildirib. Onun sözlərinə görə, vasitəçilər HƏMAS-ın bütün təfərrüatları təsdiqlədiyi barədə məlumat verməyincə, Tel-Əviv sazişin təsdiqi üçün hərbi-siyasi kabinet və hökumətin iclasını çağırmayacaq.

“İsrailin Baş naziri danışıqlar qrupuna razılaşdırılmış sazişə əməl olunmasında israrlı olmağı və HƏMAS-ın təzyiq göstərmək cəhdlərini son anda qətiyyətlə rədd etməyi tapşırıb”, - agentliyin mənbəsi bildirib.

QAZİLER.AZ

Seçilən
4
qaziler.az

1Mənbələr