AZ

Azərbaycanın Suriya ilə münasibətləri hansı dinamika ilə davam edəcək? — AÇIQLAMA

"Suriya Azərbaycan münasibətlərinə beynəlxalq məsələlər fonunda baxmalıyıq. Region olaraq bir-birindən uzaqda yerləşməsi və dünya miqyasındakı hərbi güc baxımında ikinci planda olmaq iki dövlətin münasibətlərini dünya siyəsətinə uyğun aparmasını tələb edir. Mahiyyət ondan ibarətdir ki, Azərbaycanla Suriya münasibətləri dost və tərəfdaş prizmasından irəliləyib. Əsəd rejiminin devrilməsindən sonra da münasibətlərin həmin müstəvidə davam edəcəyi gözlənilir".

Bu sözləri Demokrat.az-a açıqlamasımda siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib. 

O bildirib ki, bundan sonrakı münasibətlər Azərbaycan-Türkiyə və Türkiyə-Suriya münasibətləri konteksində istiqamət alacaq:

"Azərbaycana qarşı gizli şəkildə siyasət yürüdən anti qüvvələr eyni zamanda Əsəd rejiminin qalmasında maraqlı idilər. Bütün bunlar Suriya və Azərbaycan münasibətlərinə təsir etmiş, münasibətlər pisləşmişdi. Əsəd rejimi hər zaman Ermənistanın işğalçılıq siyasətinə dəstək verib. Azərbaycan tərəfi də Suriya dövlətinə və xalqına qarşı deyil Əsəd rejiminə qarşı cəbhə almışdı. Xalqının sabitliyini pozan, beynəlxalq humanitar prinsiplərə əməl etməyən cəllad Əsəd rejimi nəhayət ki, devrildi. Biz bundan sonra Azərbaycanla Suriya münasibətlərinə fərqli prizmadan baxırıq. Suriyada rejimin indikindən daha yaxşı sistemə keçid etməsi ilə Azərbaycanla münasibətləri də müsbət inkişaf dinamikasına çevriləcək. Əlaqələr qurmaq, qarşılıqlı əməkdaşlıq etmək asanlaşacaq".

Ekspertin sözlərinə görə, Suriyada qalib gələn qüvvələr Türkiyədən aldıqları dəstəyi unutmasa və xarici siyasətlərini Ankara ilə koordinasiyalı şəkildə aparsalar, Azərbaycanla münasibətlər inkişaf edə bilər: 

"Çünki ortaq maraqlar da çoxdur. Hər iki ölkədə enerji resursları var. Azərbaycan kimi Suriya da coğrafi olaraq Avropa və Şərq arasındakı bütün sahələrdə tranzit iqtisadi əlaqələrin mərkəzinə çevrilə bilər. Qarşılıqlı maraqlar olduğu üçün əlaqələri də inkişaf etdirmək mümkündür. Bütün bunlar  Suriyada demokrat, xalqını və beynəlxalq hüququ düşünən rejimin bərqərar olması halında mümkün olacaq. Hazırda olan rejim öz prinsiplərinə sadiq qalarsa, kənar müdaxilələr olmasa biz daha yaxşı gələcəkdən və münasibətlərdən danışa bilərik".


Əfsanə Kamal
Demokrat.az
Seçilən
4
demokrat.az

1Mənbələr