AZ

“Ukrayna bu il müharibəyə son qoya bilər” - Zelenski

“Ukraynanın bu il genişmiqyaslı müharibəyə son qoymaq imkanı var”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Vlolodimir Zelenski Polşa KİV-nə müsahibəsində deyib.

O, bildirib ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp da münaqişənin bitməsini istəyir.

"Bəli, müharibənin 2025-ci ildə bitməsi ehtimalı var. Tramp da bu müharibəni bitirməkdə maraqlıdır. Bu barədə o dəfələrlə mesaj verib. Tramp Rusiyaya təzyiq göstərməyi bacarır. Mən əminəm ki, Rusiya Amerika və Çindən qorxur”, - deyə Zelenski vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
0
missiya.az

1Mənbələr