AZ

“Cimbom” İkardinin əvəzləyicisini tapdı

Türkiyə Super Liqası komandalarından “Qalatasaray” hücum xəttini gücləndirmək istəyir.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Əlcəzair millisinin və Fransa klubu “Renn”in üzvü Amine Qurini transfer etməyə yaxındır.

“Sarı-qırmızılılar” bu keçid üçün qarşı tərəfə 14 milyon avro + bonuslar şəklində ödəniş edəcək.

Razılaşmanın yaxın vaxtlarda bitməsi gözlənilir.

24 yaşlı hücumçu Liqa 1 təmsilçisinin heyətində çıxış etdiyi 18 rəsmi matçda 2 qol, 1 məhsuldar ötürməyə imza atıb.

Xatırladaq ki, bir müddət əvvəl “Qalatasaray”ın argentinalı ulduzu Mauro İkardi zədə səbəbindən mövsümü erkən başa vurmuşdu.

 

18 yaşlı belaruslu "Porto"da

"Qalatasaray" Barış Alper üçün 30 milyon istəyir

Millimizin üzvü oynadı, komandası bərabərə qaldı

Juninyo: "Qarabağ"da olduğum illər həyatımın ən gözəl anları idi" - VİDEO

“Qarabağ”ın rəqibi səfərdə xal itirib

Seçilən
1
apasport.az

1Mənbələr