AZ

Təyyarə qəzası ilə bağlı ŞOK İDDİA

Yazını böyüt
Yazını kiçilt

"Bakı-Qroznı reysi ilə uçan Azərbaycan təyyarəsi birmənalı şəkildə Rusiyanın hava hücumundan müdafiə hərbi qüvvələri tərəfindən vurulub. Bu, inkarolunmaz bir faktdır..."

Bunu hafta siyasi ekspert Tahir Cəfərli deyib. Onun sözlərinə görə, Vladimir Putinin Prezident İlham Əliyevdən üzr istəməsi elə Azərbaycan xalqından üzr istəməsi deməkdir: “Onu da bilməliyik ki, təyyarənin vurulması Putinin özünə qarşı xəyanətdir...

Təyyarəmiz birmənalı şəkildə qəsdən vurulmuşdur. Bütün bunlar Azərbaycan Rusiya arasında olan strateji əməkdaşlığa son qoymaq və Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyən qüvvələrin işidir...

 “Qara” qutu, sözsüz ki, təyyarəmizin vurulduğunu göstərəcək və əlbəttə ki, istintaq bitəcək. Nəticədə bir neçə hərbi hava qüvvələri generalı və yaxud yüksək rütbəli zabitləri də həbs də edəcəklər. Bununla məsələ bitməyəcək. Putin Azərbaycan təyyarəsinin vurulması ilə bağlı bu xəyanətin üstünü açmasa, siyasi lider kimi öz imicini itirəcək.  Putinə Azərbaycanın tranzit yollarının işləməsi lazımdır. Bu yollar isə ilk növbədə Zəngəzurdan keçir...”

Seçilən
1
hafta.az

1Mənbələr