AZ

Nazirlik “Nobel Boya”nı məhkəməyə verdi

Boya istehsalçısı olan “Nobel Boya və Kimya” MMC məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, boya firması ilə bağlı iddianı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qaldırıb. İşin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisədir. Tərəflər vergi məsələsi səbəbindən problem yaşayır.

“Nobel Boya və Kimya” MMC ilə bağlı işə 14 mart tarixində Bakı İnzibati Məhkəməsində hakim Orxan Həsənovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən “Nobel Boya və Kimya” MMC-nin direktoru Həmid Fərəməzovdur.

Tərəfləri dinləməyə hazırıq.

Nigar

Seçilən
0
1
tribunainfo.az

2Mənbələr