AZ

Energetika nazirinin Qobustanda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Energetika naziri Pərviz Şahbazovun yanvarın 17-də Qobustanda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbul yanvarın 24-də saat 11:00-dan başlayaraq Qobustan rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ3700, Qobustan şəhəri, H.Əliyev pr.1) keçiriləcək.

Nazir Qobustan, Şamaxı, Ağsu və Abşeron rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Sumqayıt filialı (əlaqələndirici şəxs: Seymur Hacıyev, əlaqə telefonu: (050) 250-18-18, elektron poçt ünvanı: [email protected]) və Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected] ) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Seçilən
0
11
report.az

10Mənbələr