AZ

Meditasiya həyatımızda necə rol oynayır? 

Son dönəmlərdə meditasiya həddindən artıq çox yayılıb. Əvvələr meditasiya üçün psixoloqa müraciət edirdilərsə, hazırda bu barədə müxtəlif sosial şəbəkə məlumatlarından yararlanmaq olar.

Psixoloq Gülnar Orucova "Yeni Azərbaycan"a açıqlamasında bildirib ki, meditasiya beynimizi yoran, narahat fikirləri, mənfi  düşüncələri uzaqlaşdırır və insanı daha pozitiv həyata yükləyir: "Prosses zamanı insan bir məqsədə fokuslanır və stressdən uzaq ola bilir. Meditasiya qədim zamanlardan həyata keçirən bir prosesdir, lakin son zamanlar bu daha da rəngarəng şəkildə tətbiq olunur".

Qeyd edək ki, müasir günümüzdə mövcud olan fərqli inanclar, məzhəblər meditasiyanı fərqli izah edirlər və fərqli şəkildə həyata keçirirlər.

Havar Şəfiyeva

Seçilən
0
yeniazerbaycan.com

1Mənbələr