Füzuli. Trend:
Bakıda keçirilmiş COP29 tədbiri çərçivəsində “Azərişıq” ASCÇinin "DongFang Electronics" şirkəti ilə yeni qarşılıqlı əlaqələrvə əməkdaşlıq məqsədli danışıqlar aparıb.
Trend xəbər verir ki, görüşünməqsədi davam edən əməkdaşlıq çərçivəsində “Azərişıq” ASC-ninrəhbər heyətinin 2024-cü il dekabrın 5-də Çinin Yantay şəhərindəyerləşən "DonqFang Electronics" şirkətinin təqdim etdiyi innovativtexnologiyalar, məhsullar və beynəlxalq layihələr barədəməlumatlandırılmasıdır.
"DonqFang Electronics" şirkəti "Ağıllı Şəbəkə" sistemlərininyaradılması və idarə edilməsi sahəsində böyük təcrübəyə malikolmaqla, bu yöndə bir çox ölkələrdə uğurlu layihələr həyatakeçirib.
Bundan başqa şirkət günəş panellərinin, enerji saxlamasistemlərinin və SCADA vasitəsilə idarəetmə həllərinin istehsalındaixtisaslaşıb. Bu sistemlərin tətbiqi ilə enerji istehlakında qənaəttəmin olunur. Buna misal olaraq Ukraynada enerji saxlama deposu vəŞandonq əyalətində 22 MVt gücündə günəş örtüyü panelləri layihələriuğurla reallaşdırılıb.
Səfər zamanı "DonqFang Electronics" şirkətinin istehsalmüəssisələri ilə tanışlıq da həyata keçirilib. Burada amorf nüvəliüçbucaq tipli transformatorlar, yüksək dəqiqlikli hesabatsayğacları və kameralı sayğac qutuları nümayiş olunub. Smartsayğaclar xüsusi diqqət çəkib, çünki onlar müasir rabitəprotokolları (RS, GPRS, PLC) ilə təchiz olunub və qaz, su, elektrikenerjisi üçün birgə sayğac funksiyası təklif edir.
Əməkdaşlığın davamı olaraq “Dongfang Electronics Corporation”ınrəhbər heyəti Bakıya səfər edib. 13-19 yanvar tarixlərini əhatəedən səfər çərçivəsində korporasiyanın Baş Direktor müavini ŞitanCao, Mərkəzi Asiya filialının direktoru Vei Liu, Baş menecerinməsləhətçisi Dmitri Jarovski və digər rəsmi şəxslərdən ibarət 9nəfərlik heyət “Azərişıq” ASC-nin rəhbər şəxsləri ilə görüşkeçirib. Bu əməkdaşlıq tərəflər arasında innovativ yeniliklər vətəcrübə mübadiləsi məqsədi daşıyıb.
Bakıda keçirilən görüşlərdən sonra yanvarın 16-da qonaqlar“Azərişıq” ASC-nin işğaldan azad olunmuş ərazilərdə apardığıyenidənqurma, bərpa işləri ilə tanış olmaq üçün Füzuli, Hadrutasəfər ediblər.
Qısa zaman ərzində aparılan yenidənqurma işləri barəsində qonaqlaraətraflı məlumat verilib. Səfər zamanı tərəflər arasında elektriktəsərrüfatının müasir standartlara uyğun olaraq qurulması və yeniəməkdaşlıqlar sahəsində təcrübə mübadiləsi aparılıb.
Qeyd edək ki, səfər yanvarın 17-si Şuşa şəhərində başaçatacaq.