Aktrisa Çimnaz Heybətova (Sultanova) Bakı Sağlamlıq Mərkəzində 2021-ci ildən etibarən altı dəfə tibbi xidmət alıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə müdiri Günay Kazımova bildirib .
Onun sözlərinə görə, xəstədə patohistoloji müayinə zamanı “Leyomiosarkoma” təsdiq edilib: “Xəstə kafi vəziyyətdə evə yazılıb və onkoloqun nəzarətinə göndərilib. Növbəti dövrlərdə eyni xəstəliklə əlaqədar cərrahi müalicələr alıb. Əməliyyatdan sonra hər dəfə onkoloqun nəzarətinə göndərilib. İkinci əməliyyatından sonra da kimyaterapiya qəbul edib".
G. Kazımova bildirib ki, Ç.Sultanova sonuncu müraciətində stasionar cərrahi müalicədə olunub.
“Əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılıb. Son günlərdə klinikamıza müraciət etməyib. Xəstə özü və xəstəliyi barəsində məlumatların konfidensiallığının qorunmasını tələb edib. Biz rəsmi araşdırmalarının aparılması və müvafiq ekspertizanın keçirilməsinə hazırıq", - deyə o əlavə edib.