Mənfi təcrübələr və stress kimi amillər depressiya riskini artıra bilsə də, depressiyanın genetik bir tərkibə malik olduğu artıq məlumdur. Nəticələri "Cell" jurnalında dərc edilən tədqiqatda depressiya riskini artıran genetik faktorlar araşdırılıb.
29 ölkədən 5 milyondan çox insanın genetik məlumatlarının təhlil edildiyi tədqiqatda alimlər daha yüksək depressiya riski ilə əlaqəli 308 yeni gen müəyyən edib. “King’s College London” və Edinburq Universitetindən olan tədqiqatçılar fərdlərin genetik kodlarında daha əvvəl təxminən yarısı depressiya ilə əlaqələndirilməyən, lakin bu vəziyyətlə bağlı olduğu müəyyən edilən təxminən 700 variasiyaya rast gəlib.
Araşdırmada hər bir genetik risk faktorunun depressiya üçün kiçik olduğu, lakin bir neçə faktora sahib fərdlərdə bu riskin arta biləcəyi qeyd olunub.