“Qərb Rusiya Federasiyasını infrastrukturun pozulmasında ittiham edərək neft ixracını azaltmaq istəyir”.
Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova mətbuat konfransında bildirib.
“Əsas məqsəd hər cür yolla Rusiya neftinin ixracını məhdudlaşdırmaqdır. Eyni zamanda NATO-nun “daxili dəniz” adlandırdığı Baltik dənizində beynəlxalq gəmiçiliyə qarşı istənilən məhdudiyyətlər qoyulması üçün zəmin yaratmağa çalışırlar. Qərbin enerji daşıyıcılarının istehlakçıları ilə maraqlanması yalnız sözlərdədir, reallıqda isə onlar qlobal enerji təhlükəsizliyini pozmağa davam edirlər”, - Zaxarova deyib.
Onun sözlərinə görə, Qərb Ukraynanın Krasnodar vilayətindəki kompressor stansiyasına etdiyi hücumlarla bağlı da ikili standartlar taktikasını tətbiq edir.
“Bu stansiya “Türk axını” qaz kəməri vasitəsilə qazın ötürülməsini təmin edir. Ümumiyyətlə, Avropa İttifaqı nə baş verdiyini anlamağa çalışır? Bəlkə onlar hər halda Kiyev rejimini tərk-silah edər, ya da özlərini... Kiyev rejimi Rusiya qazının ayrı-ayrı ölkələrə - Aİ üzvlərinə axınını təmin edən infrastrukturun fəaliyyətini təhdid edir. Lakin Brüssel bu məsələyə diqqət yetirmir”, - Zaxarova Qərbin mövqeyini fantastik ikiüzlülük adlandırıb.
Musavat.com