AZ

Strateji tərəfdaşlıq sazişindən daha çox bəyanata oxşayan sənəd: Bu, Ermənistana ziyan gətirə bilər

"ABŞ və Ermənistan arasındakı strateji tərəfdaşlıq sazişi daha çox bəyanata oxşayan bir sənəddir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, burada öhdəliklərdən daha çox gələcəkdə istənilən hansısa hədəflərə çatmaq məsələsi yer alıb:

"Bir şeyi xüsusi qeyd etmək lazımdır. Donald Tramp administrasiyasının zamanında, yəni Demokratların vaxtında ABŞ-nin Cənubi Qafqaza münasibəti prinsipial olaraq dəyişir. Çünki bundan öncə ABŞ hökuməti rəsmi olaraq Rusiyanın müttəfiqi sayılan Ermənistanla bu formada əməkdaşlığa önəm verməyib. Demək olar ki, bu sahələrdə ümumiyyətlə iki ölkə arasında əməkdaşlıq olmamışdı. Çünki ABŞ-da düşünürdülər ki, Rusiyanın təsir imkanları Ermənistanda o qədər güclüdür ki, onların ortaq əməkdaşlığı qeyri-mümkündür. Amma sonradan bu yanaşma dəyişdi. Halbuki, öncələrdə məhz Azərbaycanla bu sahələrdə əməkdaşlıq daha qabarıq olmuşdu. Azərbaycan və ABŞ arasında genişlənmiş "təhlükəsizlik dialoq"ları müzakirə olunurdu. Tərəfləri təmsil edən nümayəndələr görüşərək konkret layihələr həyata keçirirdilər. ABŞ sərhəd xidməti ilə birgə Xəzər dənizinin bizə aid sektorunda Azərbaycanın imkanlarını gücləndirmə istiqamətində işlər görürdülər. İndi isə görürük ki, Ermənistan da bu səviyyəyə çıxmaq üçün ciddi cəhd edir".

Tofiq Zülfüqarov: Əslində sənəd ABŞ dövləti ilə yox, Bayden administrasiyası ilə bağlanmış niyyət memorandumudur

Həmsöhbətimiz xatırladıb ki, Bayden administrasiyası ardıcıl bəyanatlar verirdi ki, İrəvan Moskvadan nə qədər uzaqlaşsa, sözügedən sənədin imzalanması real hala gələcək:

"Qeyri-adi vəziyyət yaranıb. Bayden administrasiyası getməsinə 1 həftə qalmış tələm-tələsik sənədə qol çəkdi. Bu da onu deməyə əsas verir ki, əslində sənəd ABŞ dövləti ilə yox, Bayden administrasiyası ilə bağlanmış bir niyyət memorandumudur. Erməni lobbisi də bu addımla nümayişkaranə şəkildə Tramp administrasiyasına qarşı olduğunu ortaya qoyur. Ancaq belə bir sənədin imzalanması Ermənistana xeyir yox, ziyan gətirə bilər".

Aydın Baxış

Seçilən
6
50
bakivaxti.az

10Mənbələr